525.Az

Türkiyə Quru Qoşunlarının komandanı Azərbaycanın iki medalı ilə təltif edilib


 

Türkiyə Quru Qoşunlarının komandanı Azərbaycanın iki medalı ilə təltif edilib<b style="color:red"></b>

İyulun 3-də Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları komandanı, ordu generalı Hayrı Kıvrıkoğlu ilə müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin görüşü olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, H. Kıvrıkoğlu Fəxri xiyabanda Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.
 
S. Əbiyev bu səfərin qarşılıqlı dostluq və qardaşlıq ənənələrinə söykəndiyini bildirib.
 
Görüşdə ölkələr arasında hərbi əməkdaşlığın perspektivləri, təlim və tədris prosesinin uzlaşdırılması istiqamətində faydalı fikir mübadiləsi aparılıb.
 
Azərbaycanın müdafiə nazirinin əmrinə əsasən, Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsinə verdiyi böyük töhfələrə görə, ordu generalı Hayrı Kıvrıkoğlu “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” və Azərbaycan Silahlı Qüvvələrinin “95 illik yubiley” medalları ilə təltif olunub.

 





03.07.2013    çap et  çap et