525.Az

Şahzadə Harri aktirsa ilə toy tortunu paylayacaq


 

Şahzadə Harri aktirsa ilə toy tortunu paylayacaq <b style="color:red"></b>

Britaniya şahzadəsi Harri və nişanlısı aktrisa Meqan Markl toy tortlarını bir neçə min hissəyə bölüb hədiyyə olaraq kiçik qutularda paylamaq barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, onlar belə bir qərarı toylarına dəstək olmuş şəxslərə təşəkkür ifadə etmək üçün qəbul ediblər.

Tortu sifariş alaraq bişirəcək aşbaz Kler Ptak bildirib ki, limonlu tort baharı simvolizə edən çiçəklərlə bəzdiləcək.

Qeyd edək ki, şahzadaə Harrinin aktrisa ilə toyu mayın 19-a təyin olunub.

 





16.04.2018    çap et  çap et