525.Az

İrəvanda müxalifət parlament binasının blokadasına çağırdı


 

İrəvanda müxalifət parlament binasının blokadasına çağırdı <b style="color:red"></b>

“Elk” fraksiyasının lideri Nikol Paşinyan etirazçıları Ermənistan parlamentin binasına aparan bütün giriş və çıxışları bağlamağa çağırıb. 

APA-nın “Sputnik-Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu barədə N.Paşinyan Fransa meydanında keçirilən mitinqdə deyib. 

O, aksiyanın daha irimiqyaslı şəkildə keçirilməsi üçün şəhər və kəndlərdə əsas avtomobil yollarını bağlamağa çağırıb. 

Qeyd edək ki, Yerevan şəhərində keçirilən aksiyada polislə qarşıdurma nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb. Onlardan 6-nın polis əməkdaşı olduğu bildirilir.

 





16.04.2018    çap et  çap et