525.Az

"The Washington Post": "Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təxirə salıb"


 

"The Washington Post": "Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təxirə salıb"<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təxirə salmağı göstəriş verib. 

APA-nın məlumatına görə, bu barədə “The Washington Post” qəzeti ABŞ administrasiyasındakı məlumatlı mənbələrə istinadən xəbər verib. 

Qəzetə görə, Tramp müşavirləri  ilə ətraflı müzakirələrdən sonra Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq olunmasını təxirə salıb.

Qeyd edək ki, ötən gün ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli yaxın müddətdə Rusiya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib.

 





17.04.2018    çap et  çap et