525.Az

Lavrov: “Rusiyanı “yanlış” prezident seçdiyinə görə cəzalandırırlar”


 

Lavrov: “Rusiyanı “yanlış” prezident seçdiyinə görə cəzalandırırlar”<b style="color:red"></b>

ABŞ rusiyalıları dövlət başçısını "yanlış" seçdiklərinə görə cəzalandırmaq istəyir.

APA-nın məlumatına görə, bunu BBC-yə müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Onlar deyirlər ki, guya sanksiyalar sadə rusiyalılara qarşı yox, yalnız siyasətçilər, hərbçilər və oliqarxlara qarşı tətbiq edilir. Bu yalandır. Onların arzusu, mən bunu görürəm, minlərlə, on minlərlə, yüz minlərlə rusiyalını təşvişə salmaqdır. Rusiyalıları dövlət başçısını "yanlış" seçdiklərinə görə  cəzalandırmaq istəyirlər”, deyə S.Lavrov qeyd edib.

Onun sözlərinə görə, İkinci Dünya Müharibəsindən başlayaraq Rusiya iqtisadiyyatı bir çox sınaqlardan keçib:

“Rusiya sanksiyalara davam gətirəcək. Narahat olmayın, biz davam gətirəcəyik”.

 





17.04.2018    çap et  çap et