525.Az

İrəvanda etirazçılar mərkəzi küçələri bağlayırlar


 

İrəvanda etirazçılar mərkəzi küçələri bağlayırlar <b style="color:red"></b>

İrəvanda etirazçılar mərkəzi küçələri bağlayırlar. 

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, müxalifət fəalları artıq bir neçə küçə və prospekti bağlamağa müvəffəq olublar. 

Məlumata görə, müxalifətçilərlə sürücülər arasında ara-sıra münaqişələr yaşansa da, toqquşmalar müşahidə olunmur. “Mülki Müqavilə” partiyasının lideri Nikol Paşinyan qeyd edib ki, təmsil etdiyi qurum vəziyyətə nəzarət etmir, fəallar sərbəst olaraq davranırlar. Parlament binasının yaxınlığına çox sayda polis cəlb olunub. 

Bundan əvvəl N.Paşinyan etirazçıların aprelin 17-ə olan hərəkət planını açıqlayıb. O bildirib ki, ölkənin baş nazirini seçmək üçün iclasın qarşısını almaq məqsədilə parlamentin yaxınlığında bütün küçələrin bağlanmasına cəhd edəcəklər.   

Qeyd edək ki, aksiya Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilir.

 





17.04.2018    çap et  çap et