525.Az

Dövlət Məşğulluq Xidməti əmək yarmarkaları keçirəcək


 

Dövlət Məşğulluq Xidməti əmək yarmarkaları keçirəcək<b style="color:red"></b>

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 56 rayon və şəhərdə əmək yarmarkası keçirməyi planlaşdırıb.

Nazirlikdən verilən məlumata görə, işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədinə yönələn bu aktiv məşğulluq tədbirlərinin təşkili ilə əlaqədar işəgötürənlərlə əməkdaşlıq şəraitində müvafiq hazırlıq işləri aparılır.

Yarmarkalar zamanı müvafiq rayon və ya şəhər üzrə idarə, müəssisə və təşkilatlarda olan boş (vakant) iş yerləri işsiz vətəndaşlara təklif olunacaq.

Həmin vətəndaşlara seçdikləri və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndərişlər veriləcək.

Eyni zamanda, peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.

Dövlət Məşğulluq Xidmətinin Əmək Birjalarının fəaliyyət göstərdiyi şəhərlərdə keçirilən əmək yarmarkalarında isə müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən vətəndaşlar üçün həmin birjaların iştirakı da təmin ediləcək.

Cari il ərzində, həmçinin, ölkəmizin təqribən 10 ali təhsil müəssisəsində tələbə və məzunlar üçün "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirlərinin təşkili də nəzərdə tutulub.

Xatırladaq ki, ötən il respublikamızın rayon və şəhərlərində keçirilən əmək yarmarkaları zamanı vakant iş yerlərinə göndəriş verilən vətəndaşlardan 90 faizə qədəri həmin iş yerlərində işlə təmin ediliblər.

CEYHUN

 





17.04.2018    çap et  çap et