525.Az

II Alatavaya içməli suyun verilməsində məhdudiyyətlər olacaq


 

II Alatavaya içməli suyun verilməsində məhdudiyyətlər olacaq<b style="color:red"></b>

Bu gün ərzində 2-ci Alatava yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Bu barədə "APA-Economics"ə "Azərsu" ASC-dən məlumat verilib. 

Məlumata görə, içməli suyun verilişində məhdudiyyət Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən +152 “Alatava” su anbarında yenidənqurma işləri ilə əlaqədardır.

"Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir", - deyə məlumatda vurğulanıb.

 





17.04.2018    çap et  çap et