525.Az

Bu günə qədər TANAP-ın tikintisinə 5,6 mrd. dollar xərclənib


 

Bu günə qədər TANAP-ın tikintisinə 5,6 mrd. dollar xərclənib<b style="color:red"></b>

"Bu günə qədər TANAP-ın tikintisinə 5,6 milyard dollar xərclənib". 

“APA-Economics”in Türkiyənin Əskişəhər şəhərinə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Konsorsiumunun baş direktoru Saltuk Düzyol bu gün keçirdiyi brifinqdə jurnalistlərə bildirib. 

S.Düzyol əlavə edib ki, bu layihə ilə bağlı xarici banklardan 3,75 mlrd. dollar kredit cəlb edilib. 

Onun sözlərinə görə, bu layihənin xərclərin 7,99 milyard dollar olacağı qiymətləndirilir. 

"Bu günə qədər Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) tikintisində 82 165 299 insan saat iş işlənilib. İnşaat işlərində 1 mln. 310 min ton kəmər qaynaq edilib", - deyə S.Düzyol vurğulayıb.

 





17.04.2018    çap et  çap et