525.Az

Gənc rejissorun iki filmi müsabiqədə göstəriləcək


 

Gənc rejissorun iki filmi müsabiqədə göstəriləcək<b style="color:red"></b>

Azərbaycan kinosunda son zamanlar diqqət çəkməyə başlayan gənc rejissor Cavad Nur son yaradıcılıq işi olan iki qısametrajlı filmlə festivallara qatılır.

Onlardan biri "İkimizin hekayəsi" adlı filmdir. "Tənha insanlar qazandıqları ilə deyil, itirdikləri ilə yaşayır" devizini əsas tutan booktrailer yazıçı Müşfiq Xanın eyni adlı kitabı əsasında çəkilib. Ekran işinin quruluşçu rejissoru Cavad Nur, ssenari müəllifi Səbuhi Şahmursoydur. Film "Kitabı tanıdın, kitabla tanının!" - şüarı ilə keçirilən "III Booktrailer Festivalı 2018" film müsabiqəsində iştirak edəcək.

"Bir qutu mərmi" qısametrajlı filminin ssenari müəllifi və rejissoru Cavad Nur, operatoru Soltan Abdullayevdir. Əməkdar artist Bəhruz Vaqifoğlunun rol aldığı ekran işini Zaur Məmmədov montaj edib. Film siqaretin törətdiyi fəsadları nümayiş etdirərək insanları bu vərdişdən çəkindirmək məqsədi daşıyır. Ekran işi bu il keçiriləcək "No Smoking" film müsabiqəsinə qatılacaq.

Cavad Nurun "Sən uşaq deyilsən", "To be not to be" və s. kimi qısametrajlı filmləri müxtəlif festival və müsabiqələrdə yer tutub.

Şahanə MÜŞFİQ





 





17.04.2018    çap et  çap et