525.Az

Əlcəzair televiziyası Azərbaycan barədə reportaj verdi


 

Əlcəzair televiziyası Azərbaycan barədə reportaj verdi <b style="color:red"></b>

Əlcəzairin "əl-Nahar" telekanalında Azərbaycan və paytaxtı Bakı haqqında maraqlı reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, kanalın müxbiri Cəmaləddin Buşa Bakının qədim tarixindən və müasir inkişafından geniş söz açıb, paytaxtımızın bənzərsizliyindən ürəkdolusu danışıb. O, Bakıda kamerasının yaddaşına köçürdüyü bütün gözəllikləri əlcəzairli tamaşaçılara çatdırıb.

Cəmaləddin Buşa reportajda qeyd edir ki, Şərqin Parisi, Qafqazın mirvarisi kimi tanınan Bakı öz gözəllikləri ilə qonaqları heyran edir. Müəllif Yanardağ, Qız qalası, İçərişəhər, Bakı Bulvarı kimi məkanlar haqqında da qısa məlumatlar verir.

Məşhur balaban ustası Əlixan Səmədovun ifasında səslənən xalq mahnılarımız - "Çoban bayatı" və "Sarı gəlin"in müşayiəti ilə təqdim olunan reportaj tamaşaçını Azərbaycana gəlməyə və bu gözəllikləri yaxından görməyə həvəsləndirir.

 





17.04.2018    çap et  çap et