525.Az

"İkimizin hekayəsi" imzalandı


 

"İkimizin hekayəsi" imzalandı<b style="color:red"></b>

Aprelin 14-də kitabevim.az mağazalar şəbəkəsinin "Nizami" filialında yazıçı Müşfiq Xanın "İkimizin hekayəsi" adlı yeni kitabının imza günü və təqdimat mərasimi keçirilib.

Tədbirdə oxucularla yanaşı, bir sıra ədəbiyyat və sənət adamları, ziyalılar, müdia nümayəndələri də iştirak ediblər.

Mərasimdə çıxış edən yazıçı son zamanlar yaradıcılığında baş verən yeniliklərdən, "İkimizin hekayəsi" kitabının necə ərsəyə gəlməsindən bəhs edib.

Sonra söz alan yazıçı Cəlil Cavanşir Müşfiq Xanın yaradıcılığını izlədiyini, hər dəfə də yaxşı mənada təəccübləndiyini deyib, yazıçıya uğurlar diləyib.

Müşfiq Xanın kitablarını ruscaya tərcümə edən Narxanım Cəfərova yazıçının ölkədən kənarda çap olunan kitablarından bəhs edərək, xarici oxucuların yerli yazarlara olan rəğbətindən bəhs edib.

Sonda müəllif oxucular üçün kitablarını imzalayıb.

ŞAHANƏ

 





17.04.2018    çap et  çap et