525.Az

Fəxrəddin Manafov: "Səhhətimlə bağlı məsələləri şişirtməyə ehtiyac yoxdur"


 

Fəxrəddin Manafov: "Səhhətimlə bağlı məsələləri şişirtməyə ehtiyac yoxdur"<b style="color:red"></b>

Xalq artisti Fəxrəddin Manafov Almaniyadan Bakıya qayıdıb. 

Bu barədə APA-ya aktyor özü məlumat verib. 

O, bildirib ki, Almaniyaya onurğasında olan problemə görə gedib:

“Həkimlər müayinə etdilər, müalicə aldım. Mənim sağlamlığımla bağlı məsələləri bu qədər şişirtməyə, böyütməyə ehtiyac yoxdur. Artıq Bakıdayam, hər şey qaydasındadır”.

 





17.04.2018    çap et  çap et