525.Az

DİM ikinci sınaq imtahanının nəticələrini açıqladı


 

DİM ikinci sınaq imtahanının nəticələrini açıqladı <b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 15-də I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri) keçirilmiş ikinci sınaq imtahanının nəticələrini açıqlayıb. 

DİM-dən APA-ya verilən məlumata görə, imtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.  

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 23 124 abituriyentdən 264 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarına zidd hərəkətlərə yol verdikləri üçün 2 abituriyent imtahandan xaric olunub. 

Aprelin 29-da keçiriləcək növbəti sınaq imtahanlarına yazılış davam edir. 

Sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının alınması" bölməsinə daxil olaraq "Sınaq imtahanı" ödəmə kartını əldə edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi qeydiyyatdan keçməlidirlər. 

Qeydiyyatdan keçmiş istifadəçilər isə istədiyi zaman yeni ödəmə kartı əldə edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən şəxsləri yazdıra bilərlər.

 





17.04.2018    çap et  çap et