525.Az

Serj Sarkisyan Ermənistanın baş naziri seçildi


 

Serj Sarkisyan Ermənistanın baş naziri seçildi <b style="color:red"></b>

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkənin baş naziri seçilib. 

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, səsvermə Ermənistan parlamentində keçirilən xüsusi iclas zamanı baş tutub. 

Açıq səsvermə zamanı onun lehinə 77, əleyhinə 17 deputat səs verib. 

Qeyd edək ki, Ermənistanda baş nazir postuna səsvermə kütləvi etirazlar fonunda keçirilib. Hazırda parlamentin üzvü, “Mənim addımım” təşəbbüsünün lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvanda etiraz aksiyası keçirir. 

Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

 





17.04.2018    çap et  çap et