525.Az

Avropa Komissiyası: "Türkiyə Avropadan iri addımlarla uzaqlaşır"


 

<b style="color:red">Avropa Komissiyası: "Türkiyə Avropadan iri addımlarla uzaqlaşır"</b>

Avropa Komissiyası Avropa İttifaqı üzvlüyünə namizəd ölkə olan Türkiyə ilə bağlı növbəti irəliləyiş hesabatını açıqlayıb. 

APA-nın Aİ-nin saytına istindən verdiyi məlumata görə, hesabatda 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhd pislənib və Türkiyənin bu kimi təhdidlərin qarşısını almaq istiqamətindəki təxirəsalınmaz tədbirləri qanuni hesab edilib. Mətndə Türkiyənin FETÖ-nü terror təşkilatı kimi tanıdığı qeyd olunub. 

Bununla yanaşı, hesabatda Türkiyədən fövqəladə vəziyyət rejiminin ləğv edilməsi tələbi də əksini tapıb. Aİ-nin genişlənmə üzrə komissarı Yohannes Han Türkiyənin Avropadan iri addımlarla uzaqlaşdığını bildirib.

 





17.04.2018    çap et  çap et