525.Az

“Neftçi” dünya reytinqində 261 pillə irəlilədi


 

“Neftçi” dünya reytinqində 261 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası klubların avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.

525.az-ın Qol.Az-a istinadən verdiyi məlumata görə, 400 komandanın yer aldığı siyahıya əvvəlkitək İspaniya “Barselona”sı başçılıq edir. “Universidad” (Çili) ikinci, “Real” (Madrid, İspaniya) isə üçüncü yeri tutur.

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan Bakıının “Nefçi” klubu 261 pillə irəliləyərək 566-cı pillədən 305-ci yerə qalxıb. Komandamızın aktivində 703 xal var.

Son üç ildə reytinqdə Azərbaycanın yeganə təmsilçisi olan “Qarabağ” isə ilk 400 komanda sırasından kənarda qalıb.

 





03.09.2012    çap et  çap et