525.Az

Günay Əfəndiyeva Şərəf Atəşlə görüşdü


 

Günay Əfəndiyeva Şərəf Atəşlə görüşdü<b style="color:red"></b>

Aprelin 17-də Anakaraya səfər çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Yunus Emre İnsitutun rəhbəri Şərəf Atəş arasında görüş keçirilib.

G.Əfəndiyeva fond barədə söz açaraq həyata keçirilən layihələrin Türk dünyasının zəngin tarix və irsinin araşdırılması və türkdilli xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

O həmçinin, fond tərəfindən türkilli xalqların mədəni irsinin tanıdılması istiqamətində aparılan fəaliyyət barədə məlumat verib.

Ş. Atəş G. Əfəndiyevanı Yunus Emre İnstitutu ilə tanış edib, qurumun həyata keçirdiyi tədbir və proqramlar barədə məlumatlandırıb.

O, fondun fəaliyyətinin türk dünyasında əməkdaşlığın artırılmasında əhəmiyyətini yüksək qiymətləndirib. Tərəflər arasında müxtəlif sahələrdə bir sıra layihələrin o cümlədən “Yeni İpək Yolu 4.0” lahiyəsinin icrası və gələcək perspektivlər müzakirə edilib.

16-17 Aprel 2018-ci il tarixlərində Yunus Emre İnstitutunda “Yeni İpək Yolu 4.0” lahiyəsinin işçi qrupunun görüşü keçirilib.

Sözügedən layihə Türkiyə və İtaliyanın müvafiq qurumların, və eyni zamanda, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun iştirakını nəzərdə tutur.

Toplantı tərəflər arasında əməkdaşlıq quraraq Yeni İpək Yolunu əhatə edən birgə mədəni və elmi tədbirlərin həyata keçirilməsinə həsr olunub.

İclasda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq əlaqələr üzrə katibi Rüstəm Məmmədov, türkdilli xalqların, xüsusilə də Fondun üzv dövlətlərin, İpək Yolunun siyasi, iqtisadi və mədəni proseslərində tarixən vacib rol oynadıqlarını və verdikləri tövhələri barədə söz açıb.

O, Yeni İpək Yolunda da mədəniyyətlərarası dialoqun önəmli olduğunu və türkdilli ölkələrin burada mühüm yer aldıqlarını qeyd edib. Toplantının sonunda tərəflər arasında anlaşma memorandumun imzalanması və birgə əməkdaşlıq imkanları müzakirə olunub.

 





18.04.2018    çap et  çap et