525.Az

Əflatun Amaşov: "Mətbuat Şurası ilə bağlı ayrıca qanuna ehtiyac var"


 

Əflatun Amaşov: "Mətbuat Şurası ilə bağlı ayrıca qanuna ehtiyac var"<b style="color:red"></b>

"Mətbuat Şurası haqqında" qanun layihəsi hazırlanır”.

Bu haqda millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əfalatun Amaşov Milli Məclisin (MM) Mədəniyyət komitəsinin dünən keçirilən iclasında məlumat verib.

O qeyd edib ki, artıq qanun layihəsinin hazırlanması ilə bağlı İşçi qrupu sözügedən sənədin hazırlanması başlayıb:

"Qeyd edim ki, bir müddət öncə Azərbaycan jurnalistlərinin 7-ci qurultayı keçirildi və orada belə qərara alındı ki, Mətbuat Şurası ilə bağlı ayrıca qanun layihəsi hazırlansın. Artıq qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupu yaradılıb və o, sözügedən sənədin hazırlanmasına başlayıb. Hesab edirəm ki, bu sənəd eyni zamanda, Mədəniyyət komitəsi ilə  bağlı olduğuna görə onun hazırlanmasında komitəmizin də yaxından iştirakı lazımdır".

Komitənin sədri, akademik Rafael Hüseynov da ayr-ayrı-sahələr üzrə qanunlara ehtiyac olduğunu bildirib.

Əlavə edib ki, Mətbuat Şurası müvafiq əsasnamə ilə fəaliyyət göstərir və bu baxımdan, əgər gələcəkdə lazım gələrsə, bu qurumun fəaliyyətinin tənzimlənməsi ilə bağlı ayrıca qanun layihəsi müzakirələrə çıxarıla bilər:

"Yəni daha geniş hüquqi zəminə ehtiyac olarsa, təbii ki, o zaman yeni qanun layihəsi müzakirələrə təqdim oluna və qəbul edilə bilər".

Kamil HƏMZƏOĞLU

 





18.04.2018    çap et  çap et