525.Az

Nazirlikdən “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi açıqlaması


 

Nazirlikdən “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi açıqlaması <b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi ilə bağlı açıqlama yayıb.
 
Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov APA-ya açıqlamasında bildirib ki, loqotip Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müsabiqə nəticəsində ərsəyə gəlib və ilkin olaraq tədbirlərdə istifadə oluna bilər:  

“Eyni zamanda bildiririk ki, hazırda loqotip üzərində iş davam etdirilir, bütün variantlar müvafiq qaydada təsdiqə veriləcək”. 

Qeyd edək ki, loqotip Azərbaycan Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi” haqqında sərəncamlarına əsasən hazırlanır.

 





18.04.2018    çap et  çap et