525.Az

ADMİU ilə Qazaxıstan universitetləri arasında əlaqələr davam edir


 

ADMİU ilə Qazaxıstan universitetləri arasında əlaqələr davam edir <b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenova adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən, növbəti dəfə onların I kurs magistr tələbələri elmi təcrübə keçmək üçün Universitetimizdə olublar. 

Ümumilikdə, 15 tələbə olmaqla - ənənəvi musiqi sənətində Akiyaşev Aysarbek, İbraimova Sayran, Erkinbek Dinaqul, rejissorluqda Musabay Ayım, Baysabayeva Toqcan, estrada sənətində Junisbekov Bircan, Muxaev Bakıtcan, Arıntaeva Aliya,xoreoqrafiya üzrə Karımbaeva Aycan, senoqrafiya üzrə Karimova Ayqerim, təsviri sənətdə Seit Qulsim, qrafikadan Berdikoja Şalkar, Edilbek Dilfruza, heykəltəraşlıqdan Abdreşov Kuanış, sənətşünaslıqdan Tokaeva Ulpan və dekorativ sənətdən Kazıkenov Qalım  8-17 aprel 2018-ci il tarixlərində ADMİU-da elmi  təcrübə keçiblər.

Səfər çərçivəsində  magistr tələbələr Baysabayeva Toqcan və Karımbaeva Aycan  ADMİU-da 12-13 apreldə keçirilən "Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri" mövzusunda XVII Beynəlxalq Elmi Konfransına qatılaraq, maraqlı məruzələrlə çıxış ediblər .

Tələbələrin Bakıya səfəri çərçivəsində elmi təcrübə ilə yanaşı, gündəlik mədəni proqram da təşkil edilib.

10 günlük elmi təcrübənin yekununda universitetin rektoru, professor Fərəh Əliyeva tələbələrlə görüşüb, onlarla fikir mübadiləsi apararaq təəssüratlarını öyrənib.

Universitetin professor, müəllim heyətinin də iştirak etdiyi görüşdə qazaxıstanlı tələbələr  burada keçirdikləri zaman müddətində topladıqları təcrübə, müəllimlərin tələbələrlə iş prosesi, öyrəndikləri yeniliklər, onlara yaradılan şəraitdən məmnun qaldıqlarını  və elmi təcrübələrinin çox maraqlı keçdiyini bildiriblər.

Sonda tələbələrə sertifikatlar və Azərbaycan incəsənətinə aid kitablar təqdim edilib, xatirə şəkli çəkilib.

 





19.04.2018    çap et  çap et