525.Az

“Koroğlu” stansiyasının giriş-çıxışlarından biri müvəqqəti bağlanacaq


 

“Koroğlu” stansiyasının giriş-çıxışlarından biri müvəqqəti bağlanacaq<b style="color:red"></b>

Təmir işləri ilə əlaqədar “Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı 2018-ci il aprel ayının 21-dən müvəqqəti olaraq bağlanır. 

Bu barədə “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 

“Lakin stansiyanın digər bütün giriş-çıxışları ("Alov" parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq”, - deyə, məlumatda qeyd olunur.

 





19.04.2018    çap et  çap et