525.Az

Macarıstanda Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransı keçiriləcək


 

TƏDBİR AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİYİNƏ HƏSR OLUNUB

Macarıstanda Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransı keçiriləcək<b style="color:red"></b>

Aprelin 26-da Macarıstanın Sent-İstvan Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan Gənc Alimlərin 3-cü Beynəlxaq Elmi Konfransı keçiriləcək.

Azərbaycanın Macarıstandakı Səfirliyi, Sent-İstvan Universiteti, Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilat etdiyi tədbir "Regionaların Davamlı İnkişafı" mövzusunda olacaq.

Konfransın təşəbbüskarı Macarıstanın adıçəkilən universitetinin doktorantı, həmyerlimiz Raqif Hüseynovdur.

Konfransda Macarıstanın dövlət qurumları ilə yanaşı, Azərbaycan, Ruminiya, Misir və Şimali Kipr Türk Cümhuriyyətinin diplomatik nümayəndəliklərinin təmsilçiləri, eləcə də 32 ölkədən 100-ə yaxın gənc alimlərin iştirakı gözlənilir. Konfransın sonunda gənc alimlərə sertifikat və hədiyyələr təqdim olunacaq. Eyni zamanda, tədbir iştirakçilərinin elmi məqalələri Sent-İstvan Universitetinin və Varşava Təbitət Elmləri Universitetinin elmi jurnallarında çap olunacaq.

Qeyd edək ki, R.Hüseynovun təşəbbüsü ilə gənc alimlərin 1-ci və 2-ci beynəlxaq elmi konfransları isə 2015-2016-ci illərdə Polşanın paytaxtı Varşavada təşkil olunub. Həmin tədbirlərdə Azərbaycanın Polşadakı Səfirliyi, Azərbaycan Dövlət Aqrar Universiteti və Varşava Təbiət Elmləri Universiteti təşkilatçı qismində çıxış edib.

C.ABASOV

 





20.04.2018    çap et  çap et