525.Az

Gürcü nazir: “Dünya Bankı yeni İpək yolu təşəbbüsündə iştirakını artırmağı planlaşdırır”


 

Gürcü nazir: “Dünya Bankı yeni İpək yolu təşəbbüsündə iştirakını artırmağı planlaşdırır”<b style="color:red"></b>

“Dünya Bankı yeni İpək yolu təşəbbüsünün həyata keçirilməsində iştirakını artırmağı planlaşdırır”. 

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze deyib. 

Nazir bildirib ki, Vaşinqtonda DB tərəfindən təşkil olunmuş müzakirələrdə yeni İpək yolu təşəbbüsü nəzərdən keçirilib: “Biz tərəfdaş ölkələr – Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə həyata keçirdiyimiz layihələr və infrastruktur inkişaf barədə danışdıq. Gürcüstanda Şərq-Qərb avtomagistralı, dəmir yolunun modernləşdirilməsi, Anaklia dərin dəniz limanı kimi bütün əsas infrastruktur layihələri 2021-ci ilə qədər başa çatdırmağı planlaşdırırıq. Biz həmçinin bu böyük təşəbbüsə şəxsi investisiyaların da cəlb olunması mümkünlüyü barədə də danışdıq”. 

M.Baxtadze qeyd edib ki, DB “Bir kəmər-bir yol” layihəsində iştirakını genişləndirməyi planlaşdırır və bankın bu sahədə hansı maliyyə mexanizmində iştirak edəcəyi yaxın gələcəkdə məlum ola bilər.

 





20.04.2018    çap et  çap et