525.Az

Açıq Kitabxanada "Oxu günü"


 

Açıq Kitabxanada "Oxu günü"<b style="color:red"></b>

Dünən Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada Səbail rayonu M.Rahim adına 7 saylı orta məktəbin 5d, 4a, 4b sinif şagirdlərinin iştirakı ilə "Oxu günü" çərçivəsində tədbir keçirilib.

Tədbiri keçirməkdə əsas məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.

Tədbirdə şagirdlər görkəmli Azərbaycan şairi Səməd Vurğunun "Azərbaycan", "Bahar və mən", "Klətva pogta" "Vesennaə pesenka" və Azərbaycan və rus dillərində digər şeirlərini söyləyiblər. Onlar Açıq kitabxanada açılmış ilk xalq şairi Səməd Vurğunun yaradıcılığından bəhs edən kitab sərgisi ilə tanış olublar və Milli Kitabxananın binasına ekskursiya ediblər.

Şagirdlər kitabxananın sərgi zalında yer almış "Azəbaycan Xalq Cümhuriyyəti-100", "Ramiz Mehdiyev-80", "Bakı Prosesi-10", "Yaddan çıxmaz Qarabağ" sərgiləri ilə tanış olublar. Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsində olarkən muzeydə qorunan unikal və miniatür kitablarla tanışlıq şagirdlərdə kitaba böyük maraq hissi oyadıb. Şagirdlər kitabxananın Not nəşrləri və səsyazmaları söbəsi ilə də tanış olublar.

7 saylı orta məktəbin şagirdləri və kitabxanaçısı Elmira Sofiyeva Milli Kitabxanada keçirdikləri vaxtdan çox məmnun qalıblar və kitabxananın rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

 





20.04.2018    çap et  çap et