525.Az

Şoyqu: "Suriyaya raket hücumu ən uyğunsuz vaxtda həyata keçirilib"


 

Şoyqu: "Suriyaya raket hücumu ən uyğunsuz vaxtda həyata keçirilib"<b style="color:red"></b>

ABŞ və onun müttəfiqlərinin Suriyaya raket hücumları ən uyğunsuz vaxtda həyata keçirilib. 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu BMT Baş katibinin Suriya məsələsi üzrə xüsusi elçisi Staffan de Mistura ilə görüş zamanı deyib.

O bildirib ki, raket hücumları Suriyada normallaşma vəziyyətinin birdəfəlik təmin olunacağı bir vəziyyətdə və Şərqi Qutada əməliyyatın başa çatmasına 2 gün qalmış baş verib:

“Məhz zərbələrin endirilməsindən 2 gün sonra əməliyyatı başa çatdırdıq. Raket zərbələri stabillik gətirmədi və Suriyada nizamlama prosesinə mane oldu”.

 





20.04.2018    çap et  çap et