525.Az

Türkiyə parlamenti növbədənkənar seçkilər barədə qərar qəbul etdi


 

Türkiyə parlamenti növbədənkənar seçkilər barədə qərar qəbul etdi<b style="color:red"></b>

Bu gün Türkiyə Böyük Millət Məclisində növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı təklif səsverməyə çıxarılıb. 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, təklif parlamentdə 386 səslə qəbul edilib. 

Beləliklə, bu il iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. 

Təklifin müəllifləri Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasıdır.

 





20.04.2018    çap et  çap et