525.Az

Yeni baş nazir Novruz Məmmədov oldu - Yenilənib


 

Yeni baş nazir Novruz Məmmədov oldu - <b style="color:red">Yenilənib</b>

Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov Novruz Məmmədovun fəaliyyətindən danışıb: “O, ən etibarlı və təvazökar məmurdur. Azərbaycan məmurlarına nümunədir”. 

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov da Novruz Məmmədovla bağlı təqdimatı yüksək dəyərləndirərək, onun YAP Siyasi Şurasının üzvü kimi ideal namizəd hesab edərək, eyni zamanda keçmiş baş nazir Artur Rasi-zadəyə Milli Məclis adından təşəkkür elan edilməsini təklif edib. 

O, həmkarlarını Novruz Məmmədovla bağlı təqdimata səs verməyə çağırıb.

Sonda Prezidentin təklifi səsə qoyularaq qəbul olunub.

Novruz Məmmədov Milli Məclis tərəfindən Azərbaycanın baş naziri vəzifəsinə təsdiq edilib.

*** 12:10

Azərbaycan Milli Məclisində baş nazir postuna namizədlik məsələsinə baxılır. 

APA-nın məlumatına görə, bu vəzifəyə Azərbaycan prezidenti tərəfindən Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun namizədliyi irəli sürülüb. 

N. Məmmədovun namizədliyinin irəli sürüldüyü spiker Oqtay Əsədov tərəfindən elan edilib.

Spiker bildirib ki, Prezident İlham Əliyev tərəfindən Milli Məclisin bugünkü iclasına layihədən ibarət məktub göndərilib. 

Məktubda yeni hökumətə başçılıq etmək üçün Novruz Məmmədovun namizədliyi irəli sürülüb. 

Spiker N. Məmmədovun indiyə qədər göstərdiyi xidmətlərini yüksək qiymətləndirib.

 





21.04.2018    çap et  çap et