525.Az

Prezidentdən möhtəşəm qərar


 

DÖVLƏT BAŞÇISININ BAŞ NAZİR SEÇİMİ İLƏ BAĞLI QƏRARI İCTİMAİYYƏTİ SÖZÜN MÜSBƏT MƏNASINDA TƏƏCCÜBLƏNDİRDİ

Prezidentdən möhtəşəm qərar<b style="color:red"></b>

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid öz "Feysbuk" səhifəsində Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təsdiq olunması məsələsinə münasibət bildirib.

Gözlənilməz qərarla ictimaiyyəti təccübləndirmək bacarığı mahir siyasətçilərə, müdrik dövlət başçılarına xas olan keyfiyyətdir. Biz Azərbaycanda Ümummilli lider Heydər Əliyevin timsalında belə nümunələri çox görmüşük, Ulu öndərin gözlənilməz müdrik qərarlarla toplumu, cəmiyyəti necə təəccübləndirdiyinin dəfələrlə şahidi olmuşuq.

Prezident seçkilərindən sonra Azərbaycanın yeni Baş nazirinin kim olacağı, nazirlərdən hansının öz kürsüsünü itirəcəyi barədə söz-söhbətlər ölkə gündəmini zəbt edən əsas müzakirə mövzusu idi. Baş nazir kürsüsünə namizədlər sırasında ən müxtəlif şəxslərin adı hallanırdı. Amma cənab prezident elə fərqli bir şəxsi seçdi ki, hər kəsi, sözün müsbət mənasında, təəccübləndirdi.

Novruz Məmmədov hakimiyətdə ən iddiasız, özünü təblig etməyən, amma fəaliyyəti ilə dövlətə, dövlətin başçısına sədaqətlə xidmət göstərən məmurlardan biridir. Cəmiyyətdə müsbət imici var, korrupsiyada adı heç vaxt hallanmayıb, həmişə qruplaşmalrın fövqündə dayanıb. Səmimidir, dürüstdür. Mən bu seçimi cənab prezidentin müdrik addımı kimi qiymətləndirir və bu uğurlu qərara görə öz təşəkkürümü bildirirəm.

Cənab prezident bu gözlənilməz qərarı ilə özünün peşəkar dövlət adamı, təcrübəli siyasi xadim olduğunu bir daha təsdiqlədi.

Mən Baş nazir vəzifəsinə təsdiq olunması münasibəti ilə Novruz müəllimi təbrik edir və inanıram ki, indiyə qədər oldugu kimi bu yeni, mötəbər kürsüdə də o öz təmkinli, soyuqqanlı davranışı, fədakar fəaliyyəti ilə Vətənimizə, Dövlətimizə layiqincə xidmət göstərəcək.

 





21.04.2018    çap et  çap et