525.Az

Türkiyə XİN ABŞ-ın tənqidinə cavab verdi


 

Türkiyə XİN ABŞ-ın tənqidinə cavab verdi <b style="color:red"></b>

Fövqəladə vəziyyət şəraitində Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini tənqid edən ABŞ Dövlət Departamentinin bəyanatı qəbuledilməzdir, bu ikili standartların təzahürüdür. 

APA-nın məlumatına görə, bu barədə Türkiyə Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy bildirib. 

“ABŞ Dövlət Departamenti Türkiyədə seçkilərin demokratik, ədalətli və şəffaf şəkildə keçirilməsini, bunun xarici müşahidəçilərin hesabatları ilə təsdiqləndiyini nəzərə almır.

2017-ci ildə keçirilmiş Konstitusiya referendumu buna əyani sübutdur. Bu bəyanat ikili standartların təzahürüdür, çünki digər ölkələrdə də, misal üçün Fransada ötən il fövqəladə vəziyyət rejimi şəraitində seçkilər keçirilib. Hələ keçirilməmiş seçkilərin qiymətləndirilməsi qəbuledilməzdir və xalqın iradəsini təsir etmək cəhdidir”, deyə H.Aksoy vurğulayıb. 

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü X. Nauert bildirib ki, Türkiyəyə fövqəladə vəziyyət şəraitində azad, ədalətli və şəffaf seçkilər keçirmək çətin olacaq.

 





21.04.2018    çap et  çap et