525.Az

Paşinyan: “Serj Sarkisyan vəziyyətə nəzarət etmir”


 

Paşinyan: “Serj Sarkisyan vəziyyətə nəzarət etmir”<b style="color:red"></b>

Ermənistanın baş naziri Serj Sarkisyan vəziyyətə nəzarət etmir. 

APA-nın news.am-a istinadən verdiyi xəbərə görə, bunu İrəvanda mitinqdə çıxış edən “Mülki müqavilə” partiyasının lideri, deputat Nikol Paşinyan bəyan edib. 

Hakimiyyətin dialoqa çağırışlarını şərh edən N.Paşinyan deyib ki, artıq hökumətlə danışıqlara başlanılıb. “Çünki xalq artıq hakimiyyəti ələ alıb”, deyə deputat əlavə edib. 

Onun sözlərinə görə, bu gün ölkədə etirazlar daha kütləvi xarakter daşıyıb, nümayişçilərin sayı digər günlərlə müqayisədə artıb, bəzi ali məktəblərin tələbələri isə dərslərdən imtina edib.   

N.Paşinyan həmçinin etirazçıların tələblərini səsləndirib: “Serj Sarkisyan istefa verməli, xalq tərəfindən namizədliyi irəli sürülən baş nazir seçilməli və müvəqqəti hökumət yaradılmalıdır”.

 





21.04.2018    çap et  çap et