525.Az

MHP sədri seçkidə namizədlərinin Ərdoğan olduğunu açıqladı


 

MHP sədri seçkidə namizədlərinin Ərdoğan olduğunu açıqladı<b style="color:red"></b>

"Seçkilərdə partiyamızın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğandır". 

APA-nın xəbərinə görə, bunu Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı deyib. O, iyunun 24-də keçiriləcək növbədənkənar seçkilərdə namizədlərinin artıq məlum olduğunu vurğulayıb. 

Bir neçə gün əvvəl "Fənərbağça"-"Beşiktaş" futbol qarşılaşmasında baş verən hadisələrdən təəssüfləndiyini bildirən MHP sədri "oyunda tördilən təxribat türk millətinə edilmiş sayılır, "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşə keçmiş olsun", deyə - əlavə edib. 

O, İYİ Partiyasının seçkidə iştirak edib-etməməsi ilə maraqlanmadıqlarını vurğulayıb.

 





21.04.2018    çap et  çap et