525.Az

Azərbaycanlı dirijor beynəlxalq festivalda uğurla çıxış etdi


 

Azərbaycanlı dirijor beynəlxalq festivalda uğurla çıxış etdi<b style="color:red"></b>

Polşanın Katovits şəhərində simfonik orkestrlərin beynəlxalq musiqi festivalı keçirilib.

K.Şimanovski adına Katovits Musiqi Akademiyasının təşkilatçılığı ilə reallaşan festivalda Azərbaycan dirijoru da iştirak edib.

Festivalda Əməkdar artist, Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə Şimanovski adına Polşa Akademik Simfonik orkestrinin ifasında amerikalı bəstəkar Leonard Bernstaynın skripka və simli orkestr, zərb alətləri və arfa üçün yazılmış “Serenada”sı və Pyotr Çaykovskinin 4-cü simfoniyası dinləyicilərə təqdim olunub.

Anşlaqla keçən konsert proqramından sonra Musiqi Akademiyasının rektoru, professor Vladislav Şimanski dirijor Əyyub Quliyevi və musiqiçiləri uğurlu çıxışlarına görə təbrik edib. Bildirib ki, növbəti illərdə Bakı və Katovits şəhərlərinin musiqi akademiyalarının daha geniş əməkdaşlıq etmələri üçün böyük maraq göstərəcək.

Festivalda, həmçinin, Almaniya və Polşanın simfonik orkestrləri də çıxış ediblər.

XƏDİCƏ

 





21.04.2018    çap et  çap et