525.Az

Bakı-Moskva reysi ilə uçan təyyarə məcburi eniş etdi


 

Bakı-Moskva reysi ilə uçan təyyarə məcburi eniş etdi<b style="color:red"></b>

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Moskva reysini həyata keçirən sərnişin təyyarəsi Sankt-Peterburqun "Pulkovo" hava limanında məcburi eniş edib. 

AZAL-dan “APA-Economics”ə verilən  məlumata görə, Moskvanın "Vnukovo" hava limanında (VKO) əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın J2-830 reysi "Pulkovo" hava limanına (LED) uğurlu eniş edib. 

“Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Sankt-Peterburqdan Moskvaya yola düşəcək”, - deyə məlumatda vurğulanıb.

 





21.04.2018    çap et  çap et