525.Az

Ərdoğan: "Türkiyə üçün təhlükə onun strateji tərəfdaşları tərəfindən irəli gəlir"


 

Ərdoğan: "Türkiyə üçün təhlükə onun strateji tərəfdaşları tərəfindən irəli gəlir"<b style="color:red"></b>

Türkiyə üçün təhlükə onun strateji tərəfdaşları tərəfindən irəli gəlir.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti bildirib: "Biz ABŞ-da pul ilə silah ala bilmirik, amma təəssüflər olsun ki ABŞ və koalisiya qüvvələri bu silah və sursatı terror qruplaşmalarına pulsuz verirlər. Belə halda təhlükə kimdən irəli gəlir? İlk növbədə, strateji tərəfdaşlardan".

Bundan əlavə Ərdoğan qeyd edib ki, Türkiyənin daxilində və İraqın şimalında son 3 il ərzində 16 650 terrorçu zərərsizləşdirilib.

 





21.04.2018    çap et  çap et