525.Az

İstiqlal Muzeyinin eksponatları UNEC-də


 

İstiqlal Muzeyinin eksponatları UNEC-də <b style="color:red"></b>

UNEC-də Azərbaycan İstiqlal Muzeyinin eksponatlarından ibarət foto-sərgi keçirilir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgidə cümhuriyyətin qurucuları, əsgər və zabitlərinin, o cümlədən, dövrün əhəmiyyətli sənədlərinin fotoları nümayiş etdirilir.

Tələbələrin böyük marağına səbəb olan eksponatlar UNEC-in bütün tədris binaları, Zaqatala filialı və Maliyyə-İqtisad Kollecində də sərgilənəcək.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı UNEC-in tədbirlər planı təsdiqlənib. Sənədə əsasən, UNEC-də “AXC dövründə Azərbaycanın sosial-iqtisadi inkişafı” həsr olunan elmi konfrans, seminar, açıq dərs və dəyirmi masalar təşkil olunur.

Tədbirlər planında “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzunlarının “Azərbaycan Xalq Cümhuriyyəti dövründə gənclərin xaricdə təhsili” mövzusunda Forumunun keçirilməsi də nəzərdə tutulub.

 





23.04.2018    çap et  çap et