525.Az

Asiya İnkişaf Bankının Diaqnostik Tədqiqatının ilkin nəticələri müzakirə olundu


 

Asiya İnkişaf Bankının Diaqnostik Tədqiqatının ilkin nəticələri müzakirə olundu<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) missiyası ilə görüş olub.

Nazirlikdən verilən məlumata görə, görüş AİB-in respublikamızda inklüziv və dayanıqlı inkişafla bağlı Ölkə üzrə Diaqnostik Tədqiqatının ilkin nəticələrinin müzakirəsi məqsədi daşıyıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Azərbaycan prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin ölkədə dinamik iqtisadi inkişafa şərait yaratmaqla inkişaf proseslərinin inklüziv əsaslar üzərində həyata keçirilməsini təmin etdiyini vurğulayıb. Nazir müavini diqqətə çatdırıb ki, Dünya İqtisadi Forumunun “İnklüziv İnkişaf İndeksi 2018”də Azərbaycanın inkişaf etməkdə olan ölkələr sırasında ilk üçlükdə, MDB məkanında isə birinci yerdə qərarlaşması bu sahədə respubikamızın uğurlarına beynəlxalq səviyyədə də yüksək qiymət verildiyini göstərir: “Bu gün respublikamızın perspektiv inkişaf hədəfləri də məhz inklüziv inkişafa əsaslanır və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”ndə də bu amil aydın şəkildə əksini tapıb”.

Ölkəmizdə əmək bazarı, məşğulluq sahəsində də inklüzivliyin, bərabər imkanların təmin edildiyini bildirən İ.İsayev əmək ehtiyatlarından səmərəli istifadə olunmasının, məşğulluq səviyyəsinin artırılmasının, layiqli iş yerlərinin yaradılması yolu ilə inklüziv inkişafa nail olunmasının Azərbaycanın ümumi inkişafının əsas prioritetlərindən olduğunu qeyd edib. O bildirib ki, qeyri-neft sektorunun, o cümlədən, regionların, kənd təsərrüfatının inkişafının, sahibkarlığın genişlənməsinin stimullaşdırılması üçün kompleks tədbirlər yeni iş yerlərinin açılmasının daimi xarakter alması, əmək resurslarının səmərəli məşğulluq imkanlarının artırılması ilə müşahidə olunur.

Missiyanın rəhbəri, AİB-in İqtisadi təhlil və əməliyyatlara dəstək şöbəsinin direktoru Edimon Ginting isə Azərbaycanda inklüziv inkişafın təmin olunması sahəsində aparılan siyasətdə hər kəs üçün səmərəli məşğulluq imkanlarının yaradılması, inklüziv əmək bazarının inkişaf etdirilməsi prinsiplərinin də üstünlük təşkil etməsinin təqdirəlayiq olduğunu qeyd edib. O, Ölkə üzrə Diaqnostik Tədqiqatda məşğulluq siyasəti və əmək bazarına dair araşdırmaların da yer aldığını bildirib, bu sahədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə aparılan müzakirələrin, nazirlik tərəfindən verilən rəy və təkliflərin xüsusi önəm daşıdığını vurğulayıb.

Görüş Ölkə üzrə Diaqnostik Tədqiqatın ilkin nəticələrinə, inklüziv inkişaf şəraitində məşğulluq və sosial müdafiə siyasətinə dair müzakirələrlə davam edib.

CEYHUN

 





23.04.2018    çap et  çap et