525.Az

“KİV haqqında” qanuna dəyişiklik edilir


 

“KİV haqqında” qanuna dəyişiklik edilir<b style="color:red"></b>

Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin dünən keçirilən iclasının “Kütləvi informasiya vasitələri haqqında” və “Müəllif hüquqları və əlaqəli şəxslər haqqında” qanunlara dəyişiklikləri-uyğunlaşdırmaları nəzərdə tutan qanun layihələri müzakirə olunub.

“Kütləvi informasiya vasitələri haqqında” qanuna təklif olunan dəyişikliklərdə (uyğunlaşdırmalarda) göstərilir ki, (maddə 21.1.1) “Reklam haqqında” qanunla reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər. Həmçinin, təklif olunur ki, sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbuat nəşrlərində bu barədə məlumat çap olunmalıdır: “Dövri mətbuat nəşrlərində yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericilərin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur”.

Eyni zamanda, qanunun 1.3-cü maddəsinə yeni məzmunda altıncı hissənin əlavə edilməsi təklif olunur: “Yəni sponsor reklamı reklamla bağlı qanunauyğun olaraq yayımlanır”.

Bununla yanaşı, 45-ci maddəyə yeddinci hissənin əlavə olunması təklif olunur: “Haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” qanununun tələbləri nəzərə alınmaqla təkzib olunur”.

Digər qanun layihəsində isə texniki dəyişikliklər edilməsi nəzərdə tutulur.

Qısa müzakirələrdən sonra hər iki qanun layihəsi plenar iclasa tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

 





23.04.2018    çap et  çap et