525.Az

Ziyafət Əsgərov: “BMT-nin Nizamnaməsi kimə lazımdır?”


 

Ziyafət Əsgərov: “BMT-nin Nizamnaməsi kimə lazımdır?” <b style="color:red"></b>

“Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsi bizim qarşımızda duran ən əsas amildir”.

Bunu jurnalistlərə açıqlamasında birinci vitse-spiker Ziyafət Əsgərov deyib.

O, qeyd edib ki, bununla bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi var.

Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar çox təəssüf ki, bu günə qədər hələ də yerinə yetirilməyib.

“Dövlətimizin başçısının qeyd etdiyi kimi, çox təəssüf ki, bir sıra hallarda beynəlxalq hüquq işləmir. Belə çıxır ki, beynəlxalq hüquq güc hüququdur. Yəni kimin gücü varsa, o da haqlıdır və kimin gücü varsa, o, nə istəyirsə edir. Əgər dünya güc ilə idarə olunacaqsa, onda beynəlxalq hüquq nəyə lazımdır? Beynəlxalq hüququn normaları kimə lazımdır? BMT-nin Nizamnaməsi kimə lazımdır? Amma bu reallıqla barışmaq lazımdır. Reallıq gücdür. Ona görə də dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan gündən-günə gücünü daha da artırmalıdır.

Çox təəssüf ki, dünyada beynəlxalq hüquqdan çox gücə hörmət edirlər. Buna görə biz daha da güclü olmalıyıq” - deyə, Z. Əsgərov sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





23.04.2018    çap et  çap et