525.Az

“Odlar Yurdu” Gənclər İctimai Birliyi layihələrini davam etdirir - Foto


 

“Odlar Yurdu” Gənclər İctimai Birliyi layihələrini davam etdirir - <b style="color:red">Foto </b>

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin 2018-ci il üçün planlaşdırılmış fəaliyyət istiqamətlərindən biri olan “Gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi” çərçivəsində “Mini MBA-Hər kəs üçün” proqramı həyata keçirilib. 2 fevral - Gənclər günündə icrasına başlanan layihə artıq yekunlaşıb, iştirakçıları təltif edilib.

Birliyin sədri Nigar Ələsgərovanın verdiyi məlumata görə, təltifetmə Qəbələdə, aprel qazisi Arzu Allahverdiyevin evində keçirilib.

“Qazimiz Arzu Allahverdiyevin evində, ailəsi, valideynləri ilə tanış olduq. Bu tədbiri qazimizlə keçirməkdə məqsədimiz gənclərimizi onun kimi cəsarətli gənclə tanış etmək, vətən uğrunda fədakarlıq nümunəsini təbliğ etmək və ona minnətdarlığımızı kiçik bir addımla ifadə etməyə çalışmaq idi. Bu gün gənclərimiz rahat təhsil alır, bu kimi proqramlarda iştirak edərək inkişaf edirlər. Arzu bəyin simasında qəhrəman gənclər isə döyüş bölgəsində canlarını fəda etməyə hazır şəkildə vətənin keşiyində dayanırlar. Biz bu rahatlığı onlara borcluyuq. Vətən fədakar gənclərin, vətənini layiqincə sevən insanların çiyinlərində Vətəndir” deyə birliyin sədri səfərin mahiyyətini izah edib.

Layihənin rəhbəri və dərslərin əsas moderatoru Hamlet Məmmədov (İnformasiya Texnologiyalarının idarə edilməsi üzrə ekspert, ADA Universiteti və Maastricht School of Management MBA məzunu) isə bu kimi proqramların gənclər arasında sahibkarlığın təşviq olunması, biznesin idarə edilməsi bacarıqlarının artırılmasında çox vacib olduğunu vurğulayıb. Ölkə iqtisadiyyatında sahibkarlığın inkişaf etməsi, gənclərin iştirakı ilə kiçik biznes müəssisələrinin təsis olunmasının olduqca vacib proses olduğunu bildirib. Həmçinin bu sahəyə dəstək ola biləcək hər bir iş adamı, mütəxəssis əlindən gələni əsirgəməməli, fayda verməyə çalışmalı olduğunu da xüsusi qeyd edib.

Məlumat üçün bildirək ki, proqram təmamilə ödənişsiz həyata keçirildi və ümumilikdə 20 nəfər gənc məzun oldu. Peşəkar mütəxəssislər İmran Bağırov (Biznesin idarə edilməsi, sahibkarlıq fəaliyyəti üzrə ekspert, mobil şirkətlərdən birinin Starategiya və İnnovasiya Departamentinin rəhbəri), Anar İbrahimov (Marketing araşdırmaları üzrə ekspert, Marketing Mərkəzinin əməliyyat direktoru), Jəlal Rayi (Maliyyə və Risklərin idarə edilməsi üzrə analitik, ölkədə fəaliyyət göstərən banklardan birinin Risklərin İdarə Edilməsi üzrə mütəxəssisi), Alim Şəntürk (ölkədə fəaliyyət göstərən inşaat Holdinqlərindən birinin CEO-su) tərifindən keçirilən təlim/kurslarda iştirak edən gənclər biznesin idarə olunması istiqamətində vacib biliklərə sahibləndilər.

 





23.04.2018    çap et  çap et