525.Az

Nazir: "OPEC-ə qoşulma məsələsi gündəmdə deyil"


 

<b style="color:red">Nazir: "OPEC-ə qoşulma məsələsi gündəmdə deyil"</b>

"Azərbaycan hal-hazırda OPEC-lə sıx əməkdaşlıq edir. Biz bu əməkdaşlıqdan çox razıyıq".

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında energetika naziri Pərviz Şahbazov deyib. 

Nazir bildirib ki, Azərbaycan bundan sonra da "OPEC+" formatında əməkdaşlığı davam etdirəcək. 

P.Şahbazov əlavə edib ki, Azərbaycanın OPEC-ə qoşulması məsələsi gündəmdə deyil: "Bizi OPEC-lə bu gün mövcud olan əməkdaşlıq qane edir".

 





23.04.2018    çap et  çap et