525.Az

Yerevan Dövlət Universitetinin tələbələri kütləvi etiraz aksiyalarına başladılar


 

Yerevan Dövlət Universitetinin tələbələri kütləvi etiraz aksiyalarına başladılar<b style="color:red"></b>

Yerevan Dövlət Universitetinin tələbələri bu gün səhər kütləvi etiraz aksiyasına başlayıblar. 

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, onlar səhər saatlarında universitetin əsas binasının qarşısına toplaşıblar. Tələblər müəllimlərin də aksiyaya qoşulmasına çağırış ediblər. Sonra tələbələr yürüşə başlayıb.   

Qeyd edək ki, hazırda kütləvi etiraz aksiyaları Yerevanın müxtəlif hissələrində, o cümlədən şəhərin əsas prospekt və küçələrində keçirilir. Ölkədə Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq aprelin 13-də etiraz aksiyaları başlayıb. Aksiyanın lideri, deputat Nikol Paşinyan, onun həmkarları, deputatlar Ararat Mirzoyan və Sasun Mikaelyanın həbsindən sonra etirazların miqyası daha da böyüyüb. Nümayişçilər onların dərhal azadlığa buraxılmasını tələb edir. 

Qeyd edək ki, Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

 





23.04.2018    çap et  çap et