525.Az

Ermənistanda keçirilən etiraz aksiyasına hərbçilər də qoşuldu


 

Ermənistanda keçirilən etiraz aksiyasına hərbçilər də qoşuldu<b style="color:red"></b>

Ermənistanda keçirilən etiraz aksiyasına hərbi qulluqçular da qoşulub. 

APA-nın “Aysor.am” saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin sülhməramlı briqadasının bir qrup hərbi qulluqçusu bu gün paytaxt Yerevand etiraz aksiyasına qatılıb.

Nazrlik bununla bağlı bəyanat yayaraq bu davranışı qınayıb.

Açıqlamada deyilir ki, bu hərbçilər qanunla müəyyən edilmiş qaydalara əsasən ən ciddi şəkildə məsuliyyətə cəlb olunacaqlar:

“Belə ki, hərbçilərin istənilən toplanışlarda iştirakı qanunla ciddi şəkildə qadağan olunub. Onların fəaliyyəti həmçinin könüllü şəkildə hərbi hissəni tərk edərək öz səlahiyyətlərini icra etməkdən imtina kimi də qiymətləndiriləcək. Müvafiq hüquq-mühafizə orqanları bu barədə  məlumatlandırılıb”. 

Qeyd edək ki, Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq aprelin 13-dən Ermənistanda kütləvi aksiyalar başlayıb. Aksiyanın lideri, deputat Nikol Paşinyan, onun həmkarları, deputatlar Ararat Mirzoyan və Sasun Mikaelyanın həbsi etiraz aksiyalarının miqyasını daha da böyüdüb.

 





23.04.2018    çap et  çap et