525.Az

Ermənistanın AŞPA-dakı nümayəndə heyəti İrəvana qayıdır


 

Ermənistanın AŞPA-dakı nümayəndə heyəti İrəvana qayıdır<b style="color:red"></b>

Ermənistanın AŞPA-dakı nümayəndə heyəti ölkədə baş verənlərlə əlaqədar İrəvana qayıdır. 

APA-nın “news.am” sayına istinadən verdiyi məlumata görə, bunu nümayəndə heyətinin üzvü, Ermənistan Respublika Partiyası fraksiyasından ona Samvel Farmanyan deyib. 

O bildirib ki, “Tsarukyan” fraksiyasının nümayəndələri də ölkəyə qayıdır. 
 
Qeyd edək ki, bu gün Strasburqda AŞPA-nın yaz sessiyası başlayıb. Sessiya aprelin 27-nə kimi davam edəcək.

Ermənistanda artıq 11 gündür Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq aksiya keçirilir. Parlamentin 3 üzvü, aksiyanın lideri Nikol Paşinyan, onun tərəfdarları Ararat Mirzoyan və Sasun Mikaelyan saxlanılıb.

 





23.04.2018    çap et  çap et