525.Az

Prezidentin uğurlu seçimi


 

Prezidentin uğurlu seçimi<b style="color:red"></b>

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid öz feysbuk səhifəsində Ceyhun Bayramovun Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsinə təyin olunması məsələsinə münasibət bildirib. 

Ceyhun Bayramovun təhsil naziri vəzifəsini icra etdiyi bir neçə aylıq dövr sakit və ajiotajsız keçdi. Bəziləri bu sakitliyi nazir təyinatının olmaması ilə bağlayırdı. Amma mən bu sakit, iddiasız işgüzarlığı Ceyhun Bayramovun şəxsi və idarəçilik keyfiyətləri ilə izah edirdim.

Təhsil Nazirliyinə son illər gələn yeni kadrlar içərisində Ceyhun Bayramov təmkini, müzakirələrə açıq olması, eyni zamanda işinə hədsiz məsuliyyəti və kreativ keyfiyyətləri ilə seçilirdi. Təmasda olduğum bu illər ərzində onu dəyərləri bilən, geniş dünyagörüşlü bir insan kimi tanımışam.

Təhsil nazirinin kim olacağı ilə bağlı müxtəlif səviyyəli disskusiyalarda da öz fikrimi elə bu müşahidələrimə əsasən bildirirdim. Və qənaətim hər dəfə birmənalı olurdu: Ceyhun Bayramovun həm nazir səlahiyyətlərini icra etdiyi müddətdə, həm də ona qədərki fəaliyyəti göstərir ki, nazir vəzifəsinə ən uğurlu namizəd elə odur. Mən cənab prezidentin bu uğurlu seçimini alqışlayır və təyinatı yüksək qiymətləndirirəm. İnanıram ki, Ceyhun Bayramov sadaladığım keyfiyyətləri ilə Azərbaycanın təhsil sisteminə öz töhfəsini verəcək, ölkəmizdə təhsilin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində mühüm uğurlara imza atacaq.

 





23.04.2018    çap et  çap et