525.Az

İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin əsas fəaliyyət prinsiplərini açıqladı


 

İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin əsas fəaliyyət prinsiplərini açıqladı<b style="color:red"></b>

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin kollektivinə təqdim olunarkən öz çıxışında 3 əsas fəaliyyət prinsiplərini açıqlayıb. 

Nazilrikdən "APA-Economics"ə verilən məlumata görə, nazir fəaliyyət prinsiplərində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, (şəffaflıq, səmərəlilik, hesabatlılıq) innovasiyaların tətbiqinin əsas götürüləcəyini qeyd edib. 

Fermerlərin qarşılaşdıqları problemlərin araşdırılması və həlli yollarının tapılması, diqqət və qayğını artırmaqla onlara daha yaxın olmaq, innovasiyaların xüsusilə “Elektron Kənd Təsərrüfatı” layihəsinin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

 





23.04.2018    çap et  çap et