525.Az

Kompüter mausunu kəşf edən alim vəfat edib


 

Kompüter mausunu kəşf edən alim vəfat edib<b style="color:red"></b> ABŞ-da dünyada ilk kompüter mausunu kəşf edən insan kimi tanınan Duqlas Engelbart 88 yaşında dünyasını dəyişib. 
 
525.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, onun adı həmçinin hipermətn, telekonfrans, kompüter şəbəkələri, çoxpəncərəli rejim, qrafik interfeys və informasiya ilə birgə iş konsepsiyalarının yaradılması və təşəkkülü ilə bağlıdır.
 
1968-ci ildə D. Engelbart kompüterlə işləmək üçün manipulyatoru əyani şəkildə nümayiş etdirib. İxtiranın zamanı çox qabaqlaması səbəbindən o faktiki olaraq 1980-ci illərin sonunadək unudulub.
 
İlk maus bir-biri ilə perpendikulyar yerləşən iki dəmir təkərli olmaqla taxta qutu şəklinə malik olub.
 





04.07.2013    çap et  çap et