525.Az

Prezident Administrasiyasının işçiləri üçün daha bir yaşayış binası tikiləcək


 

Prezident Administrasiyasının işçiləri üçün daha bir yaşayış binası tikiləcək<b style="color:red"></b>

Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasının işçiləri üçün yeni 6 girişli, 20 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir. 

Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 3 hektar (2983.93 kvadratmetr) ərazi ayrılıb. 

Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək. 

Binanın tikintisini “Kontinent İnşaat” MMC həyata keçirəcək.

 





25.04.2018    çap et  çap et