525.Az

Səs - Xalq artisti Mübariz Tağıyevin 70 yaşına


 

Səs - <b style="color:red">Xalq artisti Mübariz Tağıyevin 70 yaşına</b>

Əzəmət, çağırış, haray var onda,
Yol gedər yaralı durnalar onda;
Qəm-kədər dağıdıb, fərəh paylayır,
Xırmana, zəmiyə sərinlik yayır,
Soyuq səngərləri isidir bu səs!

Şuşam, Kəlbəcərim, Göyçəm, Qubadlım...
Qürbətə çevrilmiş bölgələrimdən,
Ata ocağımdan, öz yurd yerimdən
Yoxa çıxmalıdır yad söz, yad addım!
Qorqud, Şah İsmayıl irsidir bu səs!

Vüsal bağımızda gül bitsin gərək,
Çağlayıb kükrəyək İraqda, Çində;
Bizi Həbəşistan eşitsin gərək,
Açaq qapısını Fələstinin də.
Sədaqət, səxavət dərsidir bu səs!

Birlik ümidimiz, pənahımızdır,
Qalx, ulu məmləkət! "Qalx ulu bayraq!"
"Ev Vətən!", "Körpələr" sabahımızdır,
Verək qələbədən, uğurdan soraq -
Mübariz Tağının səsidir bu səs!

 





25.04.2018    çap et  çap et