525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b>

Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.  

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 17-22,  Bakıda gecə 8-10, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. 

Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 55-65 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında aprelin 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturunun gecə 5-10, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

 





25.04.2018    çap et  çap et